rə'y
rəzalət
OBASTAN VİKİ
Rəy sorğusu
Rəy sorğusu — sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır. Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır. Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir: məzmununa görə; formasına görə; funksiyasına görə. == Anket sualları == Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar: keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar; fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar.Əgər birinci qrupdan olan suallar vasitəsi ilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir. Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar. Adətən, bu cür suallardan "anketin demoqrafik, hissəsi" və ya "pasportçası" adını almış bölməsi tərtib edilir və anketin sonunda yerləşdirilİr.
Layihə:Vizual redaktor/Rəy
Rəy Əl Əhali (qəzet)
"Rəy Əl Əhali" (qəzet) — gündəlik, ictimai, siyasi qəzet. == Haqqında == Qəzetin ilk sayı 1959-cu il sentyabrın 6-sı ərəb dilində dərc edilib. Digər nömrələri isə həftəlik olaraq dörd səhifədə Kərkük Bələdiyyə mətbəəsində çap edilib. Bir müddət Kərkükdən kənarda Səlahəddin mətbəəsində çap edilib. Qəzetin təsisçisi Siddiq Bulukini, baş yazarı isə vəkil Mehmet Mərdan Qələmçi idi. İlk sayında dərc edilmiş “Əhdafuna”, yəni “Məqsədimiz” sərlövhəli məqalədə: ifadəsi ilə demokratiya anlayışını ortaya qoyurdu. Qəzetin kin, nifrət dolu məqalələri cəmiyyətdə toplumlar arasında bir-birinə pislik etməyə qədər gedib çıxan anlaşılmazlıq və uyğunsuzluq yaratmağa yönəlmişdi. Nəşrin təsisçisi tərəfindən reallaşdırılan bu ayrı-seçkilik yolunu təhlükəli hesab edən məsul redaktor Qələmçi vəzifəsindən ayrıldı, onun yerinə isə süleymaniyyəli vəkil Siddiq Abdullah Muxtar təyin edildi. Bu şəxs də qısa müddət sonra ağır və məsuliyyətli işi tərk etdikdən sonra onun əvəzinə təqaüddə olan kifrili bölgə üzrə dövlətin rəsmi səlahiyyətli rəhbəri, vəkil Nazim Vandavi bu vəzifəyə təyin edilib. Daha sonra qəzetin bu işini süleymaniyyəli vəkil Mahmud Tofiq aparıb, lakin qəzetin sahibi Siddiq Əli Bulukininin naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə 1963-cü il fevralın 8-i “Rəy Əl Əhali”nin rəsmi şəkildə fəaliyyəti dayandırılıb.
крепко... наме́сто несимпати́чно норма́льность расставля́ться телеса́ администри́ровать мужичьё подразба́лтываться прицепля́ть сафья́нный толстоко́жий узконо́сый фисгармо́ника голтина doorkeeper heliotype planless presystole rector sound meter wood sugar захлебнуться славянский хлопковод